Sabah 35° isti olacaq

Bəzi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacağı gözlənilir
Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24°, gündüz 28-33° isti olacaq.Mayın 30-da Azərbaycanın rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə güclənəcək.Aran rayonlarda havanın temperaturu gecə 17-22°, gündüz 30-35°, dağlarda gecə 10-15°, gündüz 22-27° isti olacaq.pia.az