Dilqəm və Şahbazın ən son görüntüləri - Video

2014-cü ilin yayında Dağlıq Qarabağda girov götürülmüş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin `apellyasiya` şikayətinə baxılıb
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, `məhkəmə` Kəlbəcər girovlarının şikayəti təmin etməyib.Belə ki, qondarma “Dağlıq Qarabağ Ali Məhkəməsi” ömürlük həbs cəzası alan Dilqəm Əsgərov və 22 il müddətinə azadlıqdan məhrum edilən Şahbaz Quliyev haqqında çıxarılan “hökmü” qüvvədə saxlayıb. Dilqəm Əsgərovun “vəkili” Erik Beqlaryan isə müdafiə etdiyi şəxsin əfv olunması üçün “Dağlıq Qarabağın prezidenti” Bako Saakyana müraciət edə biləcəyini deyib. Azərbaycan vətəndaşları üzərində qondarma “Dağlıq Qarabağ Ali məhkəməsi”nidə çəkilən kadrları təqdim edirik: pia.az