Yolu dəyişən və bağlanan avtobuslar -Siyahı

Bakı sərnişinnəqliyyatında aparılan islahatlar nəticəsində bağlanan və hərəkət istiqaməti dəyişdirilən marşurutların son siyahısı bəlli olub
Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətindən verilən məlumata görə, islahatlar nəticəsində paytaxtdakı sərnişin avtobuslarından 10-u tamam bağlanıb. İslahatlar nəticəsində 1, 14, 20, 25, 53, 69, 86, 90, 125, 194 saylı sərnişin avtobus xətlərinin fəaliyyəti dayandırılıb.Bundan başqa, bəzi avtobusların hərəkət istiqaməti qısaldılıb.2 saylı sərnişin avtobusunun hərəkət istiqaməti "Xətai" metrostansiyası; 15 saylı avtobus xəttinin hərəkət istiqaməti "Qara Qarayev"120 saylı sərnişin avtobusunun hərəkət istiqaməti "20-ci sahə"yə qədər qısaldılıb və avtobusun nömrəsi dəyişdirilib. Artıq sərnişinlər 120 əvəzinə 20 saylı avtobusdan istifadə edəcəklər.70 saylı avtobus xətti - "Neftçilər" metrostansiyası;82 saylı sərnişin avtobusu - "Ulduz" stansiyası; İslahatlar nəticəsində bəzi avtobusların hərəkət istiqaməti uzadılıb. Hərəkət istiqaməti uzadılan avtobuslar 11, 82 və 83 saylı marşurutlardır.pia.az