Avropa oyunları öncəsində Nəsimi rayonundakı Heydər parkı bərbad vəziyyətdədir - Video

Bakı 2015 Avropa oyunlarının başlamasına iki həftə qalmış Nəsimi rayonundakı Heydər parkı antisanitariya mənbəyinə çevrilib.
Gördüyümüz mənzərə onu deməyə əsas verir ki , havalar daha da isindikcə parkdakı hovuz xəstəlik mənbəyinə çevriləcək.Nəsimi rayonu Yeganə şadlıq sarayı ilə üzbəüz yerləşən Heydər parkı insanların istirahət edəcəyi, uşaqları gəzdirəcəyi və səmərəli vaxt keçirəcəyi yerlərdən biridir. Lakin son zamanlar parkın bərbad vəziyyətdə olması hər kəsin ciddi narahatçılığına səbəb olub.Parkın acınacaqlı vəziyyəti ilə tanış olan BTV əməkdaşları bildirir ki, parkın mərkəzindəki hovuz su əvəzinə zibillərlə doludur. Uşaqlar isə həmin zibilli hovuzda və onun ətrafında oynayırlar. Əməkdaşlarımızın çəkdiyi fotolardan da göründüyü kimi hovuzun içi zibillə dolub.Bir sözlə buradakı vəziyyət ürəkbulandırıcıdır.Gördüyümüz mənzərə onu deməyə əsas verir ki , havalar daha da isindikcə parkdakı hovuz xəstəlik mənbəyinə çevriləcək. Belə olan halda isə, antisanitariya şəraitində həvəslə oynayan uşaqların gələcək taleyi heç kəsə məlum deyil.pia.az