İsveçrə prezidenti İlham Əliyevi təbrik etdi

İsveçrə Konfederasiyasının prezidenti Simonetta Sommaruqa Azərbaycanın dövlət başçısı İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib
Təbrik məktubunda deyilir: “Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizi İsveçrə Federal Şurası adından təbrik edir, Azərbaycan xalqına rifah və ölkənizə tərəqqi arzulayıram. Əminəm ki, qarşıdan gələn ildə də ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı davam edəcək”. (azərtac)pia.az