İlham Əliyevdən efiopiyalı həmkarına təbrik məktubu

“Dost Efiopiya xalqına sülh və tərəqqi diləyirəm”
Azərbaycan prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının prezidenti Mulatu Teşomeni ölkəsinin milli bayramı münasibət ilə təbrik edib. Dövlət başçısının məktubunda deyilir: “Hörmətli cənab Prezident, Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Efiopiya xalqına sülh və tərəqqi diləyirəm”.pia.az