Nəqliyyat Nazirliyindən reyd- Sərnişinlər narazıdır

Hazırda Nəqliyyat Nazirliyinin əməkdaşları paytaxtda hərəkət edən bir sıra avtobuslarda reyd keçirir
Reyd zamanı sənədləri yerində olmayan avtobus sürücüləri cəzalandırılır, köhnə və nasaz avtomobillər sıradan çıxarılıb. Reyd zamanı 10 və 199 nömrəli marşrutda olan sərnişinlər avtobusdan düşürülüb. Sərnişinlər isə iş saatlarında belə bir reydin keçirilməsini narazılıqla qarşılayıb. Bildirirlər ki, reydi avtobus xəttə çıxarılmadan qabaq keçirmək lazımdır:“Bizi yolun ortasında qoyublar. Bu reydin iş zamanı keçirilməsi düzgün deyil”.(qafqazinfo)pia.az