Bakının məşhur bazarında meyit aşkarlandı

Bu gecə Bakının Nərimanov rayonunda kişi meyiti tapılıb
Hüquq-mühafizə orqanlarından ans pressə verilən məlumata görə, hadisə saat 00:25-də "Keşlə bazarı"nın qarşısında baş verib.Məlumat verilən kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gedib. Bazarın qarşısında orta yaşlı kişi meyiti aşkarlanıb.Meyitin üzərində nəzəri cəlb edəcək xəsarətlər olmayıb.Hazırda meyitin kimliyi və ölüm səbəbləri araşdırılır.Faktla bağlı araşdırma aparılır.pia.az