Səyyar poçt xidmətlərinin fəaliyyəti genişlənəcək

Gələcəkdə hər regional filiala səyyar poçt xidməti göstərməsi üçün avtonəqliyyat maşını alınması nəzərdə tutulub
 Rabitə və Yüksək Texnologiyalar nazirliyindən verilən məlumata görə, “Azərpoçt” MMC-nin xüsusi təyinatlı mobil xidmət avtomobillərinin fövqəladə hallar zamanı, poçt xidmətlərinin istifadəsinin mümkün olmadığı şəraitdə istifadə olunur.Nazirlik bildirir ki, belə bir xidmət Bakının Binəqədi rayonunda çoxmərtəbəli binadakı yanğından zərərçəkənlərə və  Kür daşqınları zamanı fövqəladə vəziyyətin hökm sürdüyü yaşayış məntəqələrində təqdim edilmişdi. Eyni zamanda fövqəladə hallardan başqa, səyyar poçt xidmətləri bu gün ehtiyac yaranan istənilən rayonda da göstərilir.pia.az