Dağlıq Qarabağ münaqişəsi və Moskvanın nikbinliyi

Moskvanın nikbinliyi Dağlıq Qarabağ münaqişəsində tərəflərin irəliləyişə hazır olması ilə əlaqədardır
 Bu barədə Trend-ə MDB Ölkələri İnstitutunun sədr müavini Vladimir Jarixin Rusiya və Azərbaycan xarici işlər nazirlərinin Moskvadakı görüşünün yekunlarını şərh edərkən deyib.V.Jarixin hesab edir ki, Moskvanın nikbinliyi münaqişə tərəflərinin bu problemin nizamlanması yolunda müəyyən addımlar atmağa hazır olması ilə əlaqədardır: "Problemin həlli üçün siyasi iradə, irəliləyiş üçün münaqişə tərəflərinin siyasi hazırlığı olmalıdır və deyəsən, indi az da olsa, hər iki tərəfin siyasi elitasında bu cəhətlər yaranmağa başlayır".Ekspertin fikrincə, bu münaqişənin nizamlanmasında irəliləyiş əldə etmək üçün müəyyən ilkin şərtlər var, lakin çətin ki, bu ilkin şərtlər dərhal problemin həll edilməsinə gətirib çıxarsın.V.Jarixin əlavə edib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində həmişə son dərəcə maraqlı olub, belə ki, Rusiya həm Azərbaycan, həm də Ermənistan ilə dost münasibətindədir və artıq bir neçə ildir ki, məhz bu ölkə münaqişə tərəflərinin prezidentlərinin danışıqlarında fəal vasitəçi rolunu oynayır.Politoloqun sözlərinə görə, Rusiya müəyyən vaxta kimi, tərəflərin irəliləyişə hazır olduğunu və problemin həllinə imkan yaradacaq həmin kompromisi görməyib: "Rusiya danışıqlar meydanı təklif etməklə belə kompromislərin əldə edilməsi üçün əlindən gələni edir. Bundan başqa, Moskva Minsk qrupunun həmsədr ölkələrinin ümumi mövqelərini müəyyənləşdirməklə həmsədr kimi aktiv şəkildə fəaliyyət göstərir. Yeri gəlmişkən, bu mövqelər Moskvanın maraqlarını tamamilə əks etdirmir. Aİ, ABŞ və Rusiyanın mövqeləri çox nadir halda üst-üstə düşür. Dağlıq Qarabağ münaqişəsi belə nadir hallardan biridir. Ancaq Kreml hesab edir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vahid mövqeyi Moskvanın maraqlarının bu mövqeyə uyğun gəlməsindən vacibdir".pia.az