Kəmaləddin Heydərov şikayətçilərlə görüşəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 29-da saat 11.00-dan Siyəzən şəhərində, Siyəzən Rayon Mədəniyyət Sarayında vətəndaşların qəbulunu keçirəcək
AzVision.az-ın FHN-nin saytına istinadən məlumatına görə, qəbulda yalnız Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.Qəbula gələn vətəndaşların qeydiyyatı Siyəzən Rayon Mədəniyyət Sarayında (ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 92) 27 may 2015-ci il tarixində saat 09.00-da başlayacaq.Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.pia.az