Bərdədə “28 may Respublika günü” münasibətilə tədbir keçirilib

Mayın 26-da Bərdə rayon Heydər Əliyev mərkəzində Gənclər və İdman idarəsinin və Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı və rayonun fəal gənclərinin iştirakı ilə “28 may Respublika günü” münasibətilə tədbir keçirilib
Tədbiri  giriş sözü ilə Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov  açaraq tədbir iştirakçılarını qarşıdan gələn bayram münasibətilə təbrik etdi.  Sonra o, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan çox gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan  Demokratik Respublikası haqqında danışdı.Daha sonra Bərdə rayon  Dövlət  idarəetmə və texnologiya kollecinin müəllimi,  kənd təsərrüfatı  üzrə fəlsəfə doktoru Xosrov Musayev, Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin  tarix fənni üzrə müəllim Elgün Qocamanov və fəal gənc Pərvin Qasımov çıxış etmişlər.Sonda rayonun ictimai- siyasi həyatında fərqlənmiş bir qrup gənci Gənclər və İdman idarəsinin  fəxri fərmanları və xatirə hədiyyələri ilə  mükafatlandırmışlar.pia.az