Milli Şura mitinqi şənbə günü keçirməyə razılaşdı

Milli Şura mayın 30-da mitinq keçirəcək
 Bunu modern.az-a AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı deyib.Onun sözlərinə görə, Milli Şuranın Koordinasiya Mərkəzinin bugünkü iclasında mitinqin 30-da keçirilməsi qərara alınıb: “Artıq mitinqin keçirilməsi ilə bağlı hazırlıqlara başlanılıb”.Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına riayət olunmaqla mayın 30-da saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) Milli Şuranın mitinq keçirməsinə razılıq verib.pia.az