Daha bir şirkət direktoru həbs edildi

“City Devoloper” MMC-nin direktoru Ratmir Bəkirovun Azərbaycan Beynəlxalq Banka kredit borcunun olduğu bildirilir
“City Devoloper” MMC-nin direktoru Bəkirov Ratmir Əliəşrəf oğlu həbs edilib.R. Bəkirovun vəkili Kamandar Nəsibovun APA-ya verdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə R. Bəkirovun barəsində həbs qətimkan tədbiri seçilib.Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən cinayət işi başlanılıb.R. Bəkirovun Azərbaycan Beynəlxalq Banka kredit borcunun olduğu bildirilir.pia.az