Elmar Məmmədyarovun Rusiya səfəri başladı

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasına rəsmi səfəri başlayıb
PİA.AZ Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən bildirir ki, nazir səfər çərçivəsində naməlum əsgər abidəsini ziyarət edib və abidənin önünə əklil qoyub.Qeyd edək ki, səfər çərçivəsində bu gün Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov Moskvada ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həmçinin Dağlıq Qarabağda münaqişənin nizamlanması məsələlərini müzakirə edəcəklər.pia.az