Nobel prospekti qismən bağlandı

Bu gün 12:00-dan Bakı şəhərinin Nobel prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır
PİA.AZ “Azəryolservis” ASC-nin mətbuat xidmətinə istinadən bildirir ki, bu səbəbdən sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılıb.Rənglənmə işləri saat 17:00-dək davam edəcək.pia.az