Bakının 3 kollecində şıdırğı rüşvət yığımı – Özəl siyahı

Kolleclərdə şıdırğı rüşvət yığımı başlayıb. Bakı Yeyinti Sənaye Kollecində, Azərbaycan Maliyyə İqtisad Kollecində, Bakı Rabitə və Nəqliyyat Kollecində vəziyyət xüsusilə biabırçı həddə çatıb
PİA.AZ bildirir ki, bu barədə Tia.az-a göndərilən məktubda qeyd olunur ki, Bakı Yeyinti Sənaye Kollecinin direktoru Mikayıl Məhərrəmov və Azərbaycan Maliyyə İqtisad Kollecinin direktoru Həmzə Ziyadov təhsil ocaqlarına bazar açıb.Uzun illərdən bəri hər iki direktor semestr imtahanları zamanı geniş miqyaslı rüşvət əməliyyatı həyata keçirir. Mənbə iddia edir ki, hər iki şəxs kolleci neçə illərdir talayır: “Avadanlığa qədər oğurlayıblar, kollecə ayrılan dövlət vəsaitini mənimsəyiblər. Normal araşdırılma aparılsa, bu hər iki şəxs məsuliyyətə cəlb olunar”.Qaynağımız  qeyd edir ki, Bakı Rabitə və Nəqliyyat Kollecinin direktoru Aydın Əliyev vəzifədən azad edilsə də, ona yaxın bir şəxsin sözügedən posta təyin edilməsi pulyığma kampaniyasının “uğurla” davam etdirilməsinə zəmin yaradır.Xatırladaq ki, bu ildən Təhsil Nazirliyinin qərarına əsasən, bütün tədris müəssisələrində dərslərin və imtahanların mayın 31-dək yekunlaşdırılması ilə bağlı qərar verilib. Bu qərar tələbə və şagirdlər üçün müəyyən çətinliklər törətsə də, əksər müəllimlər və təhsil müəssisələrinin rəhbərləri üçün yaxşı qazanc şansı yaradıb.Ali və orta məktəblərlə müqayisədə orta ixtisas məktəblərində - kolleclərdə real vəziyyət xüsusilə acınacaqlıdır. Bu da ondan irəli gəlir ki, sanki kolleclər diqqət mərkəzindən, nəzarətdən bir qədər kənarda qalıb. Yaranmış vəziyyətdən faydalanmağa çalışan kollec rəhbərləri bu semestr imtahan qiymətlərini – rüşvətin həcmini daha da artırıblar. pia.az