Bakı bulvarında intihara cəhd

Ötən gün axşam saatlarında Bakının Dəniz kənarı Milli Parkı ərazisində intihar cəhdinin qarşısı alınıb
Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumata görə, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 600 metr sola, nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedici tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.  pia.az