Mehriban Əliyevanın maraqlı xobbisi - Fotolar

Leyla Əliyevanın təsisçisi və baş redaktoru olduğu “Baku” jurnalı bu dəfə birinci xanım Mehriban Əliyevanın kolleksiya həvəskarı olmasından yazıb
PİA.AZ  xəbər verir ki, jurnalda şərq təqvimi ilə əjdaha ilində doğulan birinci ledinin əjdaha rəsmlərini topladığı qeyd edilib. Mehriban Əliyevanın kolleksiyasında bahalı eksponatlarla yanaşı, çox da baha olmayan eksponatlara rast gəlmək olar. Birinci ledinin xüsusi diqqət ayırdığı və hər birinin öz hekayəsi olan eksponatlar isə onlar üçün ayrılmış parlaq şüşəli rəflərdə saxlanılır.pia.az