SAM rəhbərinin qardaşı həbs edildi

Fərid Məmmədov “Bandotdel” əməkdaşları tərəfindən saxlanıb.
"Bank Technique"nin (köhnə “Texnikabank”) Xəzər filialının rəhbəri olan Fərid Məmmədov vurulmuş məmurlardan olan Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun qardaşıdır. Yada salaq ki, Azərbaycandakı nurçular sektasının başçısı Elnur Aslanovun yaxın adamlarından sayılan Fərhad Məmmədovun adı bundan əvvəl siyasi qalmaqalda hallanıb. Həmin qalmaqal nurçuların siyasi hakimiyyətə təzyiqi məsələsi ətrafında yaranmışdı.Fərid Məmmədov “Bandotdel” əməkdaşları tərəfindən saxlanıb.Bankdakı mənbədən daxil olan məlumata görə, Fərid Məmmədov həbs ediləndə onun kabinetindən 4 milyon dollar nağd pul çıxıb.Mənbənin sözlərinə görə, Fərid Məmmədovdan sonra "Bank Technique"nin Müşahidə Şurasının üzvü Rauf Ağayev də həbs edilib.Rauf AğayevQeyd edək ki, PİA.AZ dünən "Bank Technique"də yoxlanılmaların aparılması haqında məlumatlar yaymışdır. Amma buna baxmayaraq bank rəsmləri bunu təkzib etmişdir. pia.az