Azərbaycan “Şərq tərəfdaşlığı”nın yekun deklarasiyasını imzaladı

Riqada “Şərq tərəfdaşlığı” sammitinin Azərbaycan da daxil olmaqla bütün iştirakçıları yekun deklarasiyanı imzaladılar
Oxu.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Polşanın XİN başçısı Qjeqoj Sxetına bəyan edib.“Bəli, Azərbaycan daxil olmaqla bütün iştirakçılar imzaladılar”, - o deyib.Litva prezidenti Dalya Qribauskayte öz növbəsində bəyan edib ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitinin deklarasiyası qəbul olunub və sənəddə Krımın işğalı sözü saxlanılıb.“Əlbəttə ki, bunsuz deklarasiya qəbul olunmazdı”, - o jurnalistlərin sualına cavab verib.“Şərq tərəfdaşlığı” proqramı Aİ-nin Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə siyasi assosiasiyası və iqtisadi inteqrasiyasını nəzərdə tutur.Son üç ölkə ötən il Aİ ilə assosiativ tərəfdaşlıq barədə saziş imzalayıblar.***Qeyd edək ki, biraz əvvəl "Report" "RBK-Ukraina"ya istinadən xəbər vermişdi  ki, Xorvatiyanın xarici işlər naziri Vesna Pusiç Azərbaycanın yekun qətnaməsini imzalamadığını bildirib.Onun sözlərinə görə, qətnamə " bu gün bir az gec, ya da artıq başqa sammitdə imzalanacaq".Həmin məlumata əsasən Avroparlamentin başçısı Martin Şults məsələni şərh edərək, informasiyanı təsdiqləyib: "Danışıqlar ərzində Azərbaycan təmsilçiləri qətnaməni bu şəkildə qəbul olunmasına, o cümlədən Krımın ilhaqı məsələsi ilə razılaşmayıblar".Mütəxəssislər Azərbaycan nümayəndə heyətinin etirazına münasibət bildirərkən, bunun işğal alıtnda olan Dağlıq Qarabağla əlaqədar olduğunu vurğulayıblar. Onların qənaətincə, etiraz edənlər qətnaməyə Azərbaycanın torpaqlarının, Dağlıq Qarabağın işğal olunmasının da sənəddə öz əksinin tapmasını istəyiblər.pia.az