Azercell-dən cəmi 10 azn-ə 15 dəq rominq

Azercell Telekom MMC abunəçiləri üçün yay ayları boyunca hazırladığı endirimli tarif paketlərini və sərfəli kampaniyalarını davam etdirir
 Yay mövsumu ilə əlaqədar xarici ölkələrə istirahət üçün üz tutanları nəzərə alan şirkət bu dəfə rominq xidməti çərçivəsində abunəçilərini sevindirməkdə davam edir. Belə ki, artıq Azercell-nin bütün  Fakturasız xətt (SimSim) abunəçiləri rominq xidməti çərçivəsində sərfəli Rominq Danışıq Paketi əldə edə bilərlər. Danışıq Paketini əldə etmək üçün abunəçi 8809 qısa nömrəsinə müvafiq açar sözünu yazıb göndərməlidi. 10 AZN ödəməklə 15 dəqiqə əldə edən abunəçi təqdim edilən dəqiqələrdən 30 təqvim günü ərzində istifadə edə bilər.  Abunəçi eyni zamanda 8809 qısa nömrəsinə STATUS sözünü yazıb göndərməklə, nömrədə paketin olub olmamasi haqqında məlumat əldə edə bilər. Eyni dövr ərzində abunəçi tərəfindən yeni Danışıq Paketi sifariş edildikdə, paketlərdən irəli gələn balanslar toplanılır və  ən son sifariş edilmiş paketin istifadə  müddəti  ümumi balansdan vahid istifadə müddəti olaraq təyin edilir. Rominq xidmətini aktiv etmək üçün isə mobil telefonlarınızdan *135*1#YES kodunu yığmaq lazımdı. Qeyd edək ki, Azercell-in rominq xidməti çərçivəsində yeni Danışıq Paketi 40-dan çox operatorun şəbəkəsində tədbiq edilr.Məlumat üçün bildirək ki, Azercell bu günlərdə bütün Fakturasız xətt (SimSim) abunəçilərinə rominq xidməti çərçivəsində istifadə etmək üçün 10 ədəd pulsuz SMS də hədiyyə edib. Şirkət mütəmmadi olaraq rominqdə olan abunəçiləri üçün endirim kampaniyaları həyata keçirir. Bu ildən etibarən  rominqdə olan Azercell Fakturalı və Fakturasız xətt abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Azercell, həmçinin, fakturalı xətt abunəçiləri üçün rominq  xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da bütün Azercell abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bildilər. Bu yayı Azercell-lə daha yaxşı yaşayın!pia.az