Milli Şura mitinq üçün meriyaya müraciət edib

Aksiya üçün əlavə iki yer göstərilib
Milli Şura mayın 31-də mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.Bunu Modern.az saytına AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı deyib.Onun sözlərinə görə, mitinqlə bağlı müraciət bu gün Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunub:“Bu dəfə Bakı Şəhər İcra Hakimiyyətinin təklifi ilə razılaşa bilərik. Bunu məktubumuzda da qeyd etmişik. Belə ki, məktubda göstərmişik - əgər mitinqin ayın 31 də keçirilməsinə razılıq verilmirsə, o zaman ayın 30-da Nərimanov metro stansiyası yanındakı kinoteatr qarşısında mitinqə və ya “20 Yanvar” dairəsindən keçmiş “Qələbə” meydanına qədər yürüşə icazə verilsin. Biz bu qayda ilə razıyıq. Siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün cəmiyyət mitinqə dəvətlidir. Mitinq talançılığa son tələbi ilə keçiriləcək”.pia.az