Bərdədə məktəbin açılışı oldu - Foto

Dünən Bərdə rayon Təhsil şöbəsi və 7 saylı ümumi orta məktəb üçün inşa edilən yeni binalar istifadəyə verilib
Bu münasibətlə keçirilən tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya açıb. Daha sonra çıxış edən İcra başçısı Vidadi İsayev bildirib ki, təhsil şöbəsinin yeni üçmərtəbəli binası 31 otaq və 110 nəfərlik akt zalından ibarətdir. Onu da qeyd edək ki, 2003-cü ildən indiyədək rayonda 21 yeni məktəb binası inşa olunub, 10 məktəb binası əsaslı təmir edilib. Sonra şəhər 7 saylı əsas məktəbin yeni binasının açılış mərasimi keçirilib. Tədbirdə İcra başçısı müəllim və şagirdləri, valideynləri, bütün ictimaiyyət nümayəndələrini təbrik edib.  Qeyd olunub ki, yeni məktəb binasında fənn kabinələri, laboratoriya, kompyuter və sinif otaqları, akt və idman zalları, bufet, kitabxana, xidməti otaqlar, istilik sistemi, həyətdə idman meydançası yaradılıb. Hər iki bina lazımi inventar və avadanlıqlarla təmin olunub. Mərasim iştirakçıları hər iki binada  yaradılan şəraitlə tanış olub.pia.az