Kəmaləddin Heydərov Türkiyədəki beynəlxalq silah sərgisində

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nazirliyin nümayəndə heyəti Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın dəvəti ilə keçirilən “İDEF-2015” adlı 12-ci beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün mayın 4-5-də İstanbulda səfərdə olub
PİA.AZ FHN-ın saytına istinadən bildiri ki, səfər zamanı nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirib, nümayiş olunan texnika və avadanlıqlarla, habelə müxtəlif təqdimatlarla yaxından tanış olub, nazirliyin maddi-texniki bazasının daha da gücləndirilməsi üçün fövqəladə halların idarə olunması və mülki müdafiə sahəsində ən müasir avadanlıqların istehsalı ilə məşğul olan bir sıra xarici şirkətlərlə danışıqlar aparıb.pia.az