ABŞ Dövlət Departamenti Bakını yenə siyasi məhbusları azad etməyə çağırdı

“ABŞ öz fundamental azadlıqlarını həyata keçirmək istəyən insanların həbsindən çox narahatdır. Onların sırasında jurnalist Xədicə İsmayılova da var. Biz onların azad edilməsinə çağırırıq”
"Turan"-ın məlumatına görə, bunu mayın 5-də Vaşinqtonda keçirilən brifinqdə Dövlət Departamentinin nümayəndəsi Cef Ratke deyib.“Biz Azərbaycan hökumətini öz vətəndaşlarının universal hüquqlarına hörmətlə yanaşmağa, ifadə azadlığı üçün şərait yaratmağa çağırırıq”, - C.Ratke vurğulayıb.pia.az