Ağcabədi sakinini baltaladılar

Ağcabədi rayonunda qətl törədilib
PİA.AZ lent.az-a istinadən xəbər verir ki, Aşağı Avşar kəndinin yaxınlığında kənd sakini, 1985-ci il təvəllüdlü Qədimov Saqibət Asif oğlu naməlum şəxs və ya şəxslər tərəfindən baltalanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan S.Qədimovun həyatını xils etmək mümkün olmayıb. Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Qətlin kim tərəfindən, hansı səbəbdən törədildiyi hələlik dəqiqləşməyib.pia.az