Bakı-Şamaxı yolunda ağır qəza

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Şamaxı yolunun 112 –ci kilometrliyində yol qəzasının baş verməsi ilə bağlı məlumat daxil olub.
PİA.AZ nazirliyin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus "Priora" markalı minik avtomobili  idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən  çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:29-da başa çatıb.pia.az