ATƏT sədri Bakıya gəlir

Dacicin gəlişi Cənubi Qafqaza səfəri çərçivəsində baş tutacaq
ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvica Dacic mayın 31-də Azərbaycana səfərə gələcək.Onun Bakıya gəlişi Cənubi Qafqaza səfəri çərçivəsində baş tutacaq.Serbiya Xarici İşlər Nazirliyindən apa-ya bildirilib ki, regiona səfər Azərbaycandan başlayacaq. O, daha sonra Gürcüstan və Ermənistana gedəcək.Azərbaycana səfər çərçivəsində müzakirə olunacaq məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin həlli yolları prioritet təşkil edəcək.İ.Dacicin Bakıya səfəri çərçivəsində dövlət rəsmiləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və digər şəxslərlə görüşlər planlaşdırılır. (ans)pia.az