Bakıda yanğından qurtulmaq istəyən gənc qanitirmədən öldü

Ötən gecə Bakının Şәrifzadә küçәsindә yanğın olubb
APA xәbәr verir ki, hüquq xidmәti ofisi vә market yerlәşәn tikili yanıb. Bir qədər sonra yanğın söndürülüb. FHN DYMX-nin Yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov jurnalistlәrә bildirib ki, çayxana 55, hüquq mәslәhәtxanası 155 kv.m. sahәdә yanıb. Yaxınlıqdakı market yanğından mühafizә olunub. Yanğından xilas olmağa çalışan 22 yaşlı gənc isə ölübYanğın başladıqda çayxananın işçisi, 22 yaşlı Xanbabayev Şöhrət Әlövsət oğlu və digər bir nəfər içəridə olub. Yanğından xilas olmağa çalışan 22 yaşlı gənc qapının şüşəsini sındıraraq bayıra çıxmaq istəyib. Bu zaman şüşə qırıqları onun ayaq damarlarını kәsib. Təcili tibbi yardım maşını ilә xəstəxanaya aparılan Şöhrət Xanbabayev qanitirmədən yolda dünyasını dəyişib. Hadisə nəticəsində bir nəfər isə tüstüdən zəhərlənib. Fövqəladə Hallar Nazirliyi Bakının Yasamal rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb. Məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 310 kv.m olan 2-mərtəbəli mansard  tipli su satış  məntəqəsinin yanar konstruksiyaları 255 kv.m sahədə və ona bitişik ümumi sahəsi 54 kv.m olan  avtomobil yuma sexinin çayxana kimi fəaliyyət göstərən mansardı 54 kv.m sahədə yanıb. Yanğından hər 2 obyektin qalan hissəsi mühafizə olunub. Yanğın saat 03:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.pia.az