Bu gün on min gənc imtahan verdi

Bu gün respublikanın ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi keçirilib
İmtahan Bakı, Naxçıvan və Gəncədə 17 mərkəzdə aparılıb. Saat 13:00-da başlayan imtahanda sualların cavablandırılmasına saat yarım vaxt ayrılıb. Gəncədə 4 mərkəzdə keçirilən imtahanda  913 bakalavrın iştirakı nəzərdə tutulub. Ümumilikdə isə qəbul imtahanlarının birinci mərhələsinin nəticələrinə görə, 10 min 170 bakalavr qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 5766-sı ali təhsil müəssisələrinin builki, 4404 nəfəri isə əvvəlki illərin məzunudur. 30 bakalavr xarici ölkə vətəndaşıdır. İmtahanın idarə olunmasına 70 imtahan rəhbəri, 743 nəzarətçi-müəllim ayrılıb. Nəticələr elan olunduqdan sonra bakalavrlar may ayının 7-dən 12-dək ixtisaslaşma seçimini yerinə yetirəcəklər.(Kəpəz Tv) pia.az