Bakıda mağazaları qarət edən qrup zərərsizləşdirildi

Bakıda oğurluqla məşğul olan qrup zərərsizləşdirilib
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin aprel ayı ərzində Susanna Şərifovaya məxsus mağazadan içərisində pul olan "E-manat" ödəmə terminalını, Lökbatan qəsəbəsinin ərazisində quraşdırılmış "Milli Ön" ödəmə terminalından pul, Füzuli Sadıqova məxsus mağazadan tütün məmulatı və sərinləşdirici içki, habelə oradakı 2 ədəd “E-manat” ödəmə terminalından pul, Araz Məmmədova məxsus mağazadan pul, tütün məmulatı oğurlamış Qızıldaş qəsəbə sakinləri İlkin Mustafayev, Qurban Şəbiyev və Aqil Qasımov tutulublar.pia.az