Zakir Həsənov Türkiyəyə getdi

Müdafiə naziri Çanaqqala zəfərinin anım mərasimində iştirak edəcək
Azərbaycan müdafiə naziri Türkiyə Respublikasına yola düşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri İsmət Yılmazın dəvətilə Türkiyəyə yola düşüb. Zakir Həsənov Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə anım mərasimində iştirak etmək üçün Türkiyəyə səfər edib.Qeyd edək ki, Türkiyədə 21 dövlətin lideri və 50-dən çox ölkənin nümayəndəsinin iştirakı ilə Çanaqqala döyüşünün 100 illiyi qeyd olunur. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək.pia.az