​Tofiq Yaqublu müvəqqəti azadlığa buraxılıb

Bu barədə onun vəkili Nemət Kərimli məlumat verib
 Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun dəfnində iştirak etmək üçün yeddi gün müddətinə azadlığa buraxılıb.Bu barədə "Report"a T.Yaqublunun vəkili Nemət Kərimli məlumat verib.Xatırladaq ki, T.Yaqublunun qızı N.Yaqublu Rusiyanın Tomsk şəhərindəki xəstəxanaların birində dünyasını dəyişib. Onun cənazəsi Bakıya bu gecə gətiriləcəkQeyd edək ki, T.Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən hadisələr zamanı həbs olunub. O, 5 il müddətinə azadlıqdan məhrum edilib.pia.az