Məhkəmə Müsavatın sədr müavinini yenə VƏŞA buraxmadı

Ötən gün Qaradağ Rayon Məhkəməsi Müsavat Partiyasının sədr müavini Yadigar Sadıqovu cəza müddətinin yarısını çəkməsilə əlaqədar vaxtından əvvəl şərti azadlığa (VƏŞA) buraxmaqdan imtina edib
"Turan" bildirir ki, məhkəmə Y.Sadıqovu xahişini, koloniya administrasiyasının təqdim etdiyi mənfi xasiyyətnaməyə görə i təmin etməyib. Belə ki, administrasiya hesab edir ki, Y.Sadıqov “peşmançılıq hissi keçirmir, əməyə meylli deyil, səhərdən axşama kimi kitab oxuyur və islah olunmayıb”.Xatırladaq ki, Y.Sadıqov 2014-cü ilin noyabrında da həmin motivlərlə cəzasının üçdə bir hissəni çəksə də vaxtından əvvəl azadlığa buraxılmayıb.pia.az