“Avropa” hotelində bankirin qətli ilə bağlı yeni təfərrüat

Məşhur “Avropa” otelində bankirin qətlinin təfərrüatları məlum olub
“Zaminbank”ın Nəsimi rayon filialının müdiri olan Azər otelin idman zalında məşq edən zaman bir nəfərlə otelin idman zalında qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevin mübahisəsi yaranıb. Milli.Az-ın Nəsimi Rayon Polis İdarəsindən əldə etdiyi məlumata görə,  həmin şəxslə məşqçi arasında dava düşüb. Bu zaman Azər onları aralaşdırmaq istəyərkən hələlik adı açıqlanmayan şəxs bıçaqla məşqçiyə və Azərə zərbələr vurub.Azər aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. R.Əfəndiyev isə özəl klinikalardan birinə çatdırılıb. pia.az