Bakıdakı çoxmərtəbəli binada partlayış

Bakıda çoxmərtəbəli binada həyəcanlı anlar yaşanıb
Hadisə şahidlərinin milli.az-a veriyi məlumata görə, bu dəqiqələrdə Yasamal rayonu ərazisindəki yeni inşa olunmuş binada mənzillərdən birində qaz balonu partlayıb. Ətrafı tüstü-duman bürüyüb.  Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə Xidmətindən bildirilib ki, mənzillərdən birindəki qaz balonunda problem yaranıb. Bu isə həyəcana və qorxuya səbəb olub. pia.az