Qənirə Paşayeva Makedoniya prezidenti ilə bir arada

Nevşəhərdə millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı olub
Mərasimdə Nevşəhərdə səfərdə olan Makedoniya prezidenti də iştirak edib.Türkiyənin Nevşəhər vilayətində millət vəkili Qənirə Paşayeva və Nevşəhərli şairə Ayşə Paslanmazın yeni kitablarının təqdimatı və imzalanması mərasimi olub. Mərasimdə Uluslararası Kapadokya Şiir və Kültür Festivalında və bu çərçivədə keçirilən Makedoniya Dostluq Gecəsində iştirak etmək üçün Nevşəhərdə səfərdə olan Makedoniya prezidenti Georgi İvanov və Makedoniyanın bir sıra nazirləri, Nevşəhər bölgəsinin rəhbərliyi, ziyalılar, jurnalistlər iştirak edib. Təqdimat zamanı millət vəkili Qənirə Paşayevanın Türkiyədə Türkiyə türkcəsində çıxan “Allah, seven kalplerdedir (“Seni Allaha aşk götürür”), “Aşk Başka” adlı kitabları, həmmüəllifi olduğu “Hosalı Soykırımı: Tanıkların dilinden” kitabı və Nevşəhər də daxil olmaqla Türkiyənin 20-dən çox bölgəsini anladan “Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası” kitablarının və yeni çapdan çıxmış “Aşıq oldum Sənə - Nevşəhər”adlı kitabının, şairə Ayşə Paslanmazın kitablarının təqdimatı və imzalanması olub. Bu cür gözəl tədbirin təşkili üçün Nevşəhərin rəhbərliyinə, Ayşə Paslanmaza, tədbirdə iştirak edən çoxlu sayda ziyalı, jurnalist və sadə Nevşəhərlilərə təşəkkür edən millət vəkili Qənirə Paşayeva özəlliklə Makedoniya Prezidenti Georgi İvanova və qardaş Makedoniyanın nazir və aydınlarının bu mərasimdə iştirakı bizim üçün çox böyük bir şərəfdir deyərək dərin minnətdarlığını bildirib.(Qafqazinfo) pia.az