Keçmiş məhkumdan xeyli heroin götürüldü

Əməliyyat Narkotiklərlə Mübarizə bölməsi əməkdaşları tərəfindən keçirilib
Paytaxt polisi keçmiş məhkumdan xeyli narkotik maddə götürüb.Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə bölməsi əməkdaşları tərəfindən keçirilib.Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1956-cı il təvəllüdlü Mehmam Alış oğlu Alışovdan 305,170 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.pia.az