Sumqayıtda maşın oğurladılar

Avtomobil qaçırmış Sumqayıt şəhər sakinləri saxlanılıb
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da Ruhulla Rufullayevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmış Sumqayıt şəhər sakinləri Rəşad Bəndəliyev və Şəhriyar Əliyev saxlanılıblar.R.Bəndəliyevdən 5,25 qram, Ş.Əliyevdən isə 5,45 qram marixuana götürülüb.pia.az