İranla Azərbaycan birlikdə dərman istehsal edəcək

İran regionun ən nüfuzlu ölkələrindən biridir və Azərbaycan daim Tehranın maraqlarını nəzərə alır
"Turan"-ın məlumatına görə, bunu bu gün Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov İranın kooperasiya, əmək və əhalinin sosial rifahı naziri Əli Rabii ilə görüşdə bildirib.Əli Rabii Azərbaycan və İran arasındakı əlaqələrin hazırki səviyyəsindən məmnunluğunu ifadə edib, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu qeyd edib.Qarşılıqlı əlaqələrin və parlamentlərarası dostluğun əhəmiyyətinə toxunan Rabii İranın müdafiə nazirinin yaxın gələcəkdə Bakıya səfər edəcəyini bildirib.Elə bu gün Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev də Rabiini qəbul edib. Tərəflər birgə dərman istehsalı və Azərbaycan vətəndaşlarının İranda müalicəsinin təşkili məsələlərini müzakirə ediblər.Rabii hər iki ölkənin tibb müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu bildirib və ölkəsinin icbari tibbi sığortanın təşkilindəki təcrübəsini bölüşüb. "Bütün İran vətəndaşlarının belə sığortası var ki, bu da onların müalicəsini asanlaşdırır", - deyə o qeyd edib.Tərəflər bu sahədə birgə layihələrin işlənib hazırlanması barədə razılıq əldə ediblər.pia.az