Azərbaycanda inanclı insanların sayı azalıb

Azərbaycanda inanclı insanların sayı son 3 ildə 44%-dən 34%-ə düşüb
Belə bir qənaət “WIN/Gallup International” beynəlxalq təşkilatının 65 ölkədə 64 min respondent arasında keçirdiyi və nəticələri “The Telegraph” nəşrində dərc olunan sorğudan ortaya çıxıb.Rəyi soruşulanlara 3 variantdan ibarət cavab təklif edilib: 1. Mən inanc adamıyam. 2. Mən inanc adamı deyiləm. 3. Mən ateistəm.    Sorğunun nəticələrinə görə, Türkiyədə inanclı adamların sayı Azərbaycandan fərqli olaraq 2012-ci ildə 23%-dən 2015-ci ildə 79%-ə qalxıb.Azərbaycanda ateistlərin sayının minimal olduğu üzə çıxıb – 0%. Gürcüstanda ateistlər 1, Türkiyədə və Ermənistanda isə 2%-dir.Dünyanın ən dindar ölkəsi isə Tailanddır - 94%. Gürcüstan, Ermənistan, Banqladeş və Mərakeş 93%-lə sonrakı 2-5-ci yerlər bölüşür. Rusiyada inanc adamlarının sayı ötən 3 il ərzində 55%-dən 70%-ə qalxıb. O da bəlli olub ki, konkret olaraq Azərbaycan dindarlıq səviyyəsinə görə Qərbə yaxın olsa da, ateizm göstəricisinə görə əksinə, Şərqə yaxındır. Belə ki, məsələn, Almaniyada ateizmin səviyyəsi 17%, İngiltərədə 13%, Fransada 18%, İspaniyada 20%-dir. İsrail və Qazaxıstan istisna olmaqla Yaxın Şərq və Orta Asiya ölkələrində də Azərbaycandakı kimi ateistlərin sayı sıfır həddədir. Ateizmin ən yüksək, dindarlığın ən aşağı olduğu ölkə isə yenə Çin olaraq qalır. (musavat.com)pia.az