Ramiz Mehtiyev nazirlər kabinetinin iclasında – Video

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
İclasda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də iştirak edib. R.Mehdiyevin tədbirdə iştirakını iclasın görüntülərini əks etdirən foto və video da təsdiqləyir.Qeyd edək ki, son vaxtlar bəzi KİV-lər Prezident Administrasiyası rəhbərinin sağlamlığnda yaranmış problemlə əlaqədar xaricdə müalicə olunduğunu və bu səbəbdən işə çıxmadığını yazırdılar.Bu il aprelin 17-də Ramiz Mehdiyevin 77 yaşı tamam olacaq. O, 1994-cü ildən Prezident Administrasiyasında işləyir. Həmin ilin fevralında Prezident Aparatının şöbə müdiri, 1995-ci ilin fevralında isə Prezident Aparatının rəhbəri təyin edilib. 2009-cu ildən respublika Konstitusiyasına dəyişikliklərlə əlaqədar olaraq R.Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəhbəridir.R.Mehdiyev 17 aprel 2008-ci ildə 70 illik yubleyi ilə bağlı Prezident İlham Əliyevin fərmanı ilə “İstiqlal” ordeni ilə təltif edilib.(modern.az)

pia.az