Uşaq Klinik Xəstəxanasında vaxtı keçmiş dərmanlar aşkarlandı

Səhiyyə Nazirliyinin “Tibb” qəzetinin əməkdaşları Respublika Uşaq Klinik Xəstəxanasında araşdırma aparıb
Xəstəxanada dərmanların saxlandığı otaqda şərait normal olsa da, dərmanlara baxış zamanı ciddi nöqsana da rast gəlinib. Belə ki 2 qutu (20 tablet) «Enalapril» preparatının istifadə müddətinin bitdiyi məlum olub.Araşdırma zamanı o da məlum olub ki, bəzi yerlərdə istifadə müddəti bitmiş preparatlar var. I Pediatriya şöbəsində vaxtı keçmiş 3 ampul “Adrenalin - Zdorovye”, II Pediatriya şöbəsində də isə 11 ampul “Sulfokamfokain- Darniya” aşkarlanıb.(Lent.az)pia.az