Astarada polisi yaraladılar

Astara rayonunda polisə hücum edilib
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, martın 30-da saat 12 radələrində Astara şəhərində Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Ayaz Hüseynov xidmətdə olarkən özünü şübhəli aparan, “KİA” markalı avtomobilin sürücüsü Seymur Əliyevə yaxınlaşıb və sənədlərini tələb edib. Tabe olmayan S. Əliyev avtomobili hərəkətə gətirib və A.Hüseynova ayaq nahiyəsindən xəsarət yetirdikdən sonra maşından düşərək hadisə yerini tərk edib. A. Hüseynovun avtomobilinə baxış zamanı 250 qram heroin, evindən isə 1 kiloqram 100 qram tiryək, 20 qram həşiş, 1 qram amfetamin həbi, 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng, 54 ədəd patron və 1 ədəd beşbarmaq-bıçaq aşkar edilərək götürülüb. Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır. pia.az