CAR-da Xocalı və 31 mart soyqırımlarına həsr edilmiş sərgi - Fotolar

Azərbaycanın Cənubi Afrika Respublikasındakı(CAR) səfirliyi Xocalı soyqırımı və 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirliyin binasında Heydər Əliyev Fondunun təqdim etdiyi fotoşəkillər və kitablardan ibarət sərgi təşkil edib
Sərgidə 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü və Xocalı faciəsinin tarixi, ağır nəticələri haqda geniş məlumat verilib. Xocalıda Azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyi vurğulanıb. Sərgi zamanı qonaqlara həmçinin Xocalı soyqırımının iyirmi üçüncü ildönümü və 31 mart soyqırımı haqda məlumatlar əks edilmiş broşurlar paylanıb, Azərbaycanın Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı ədalətli mövqeyi diqqətə çatdırılıb.Səfir Elxan Poluxov hər iki soyqırım barəsində qonaqlara geniş məlumat verərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu günə kimi öz həllini tapmadığı bildirib, Azərbaycanın münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini vurğulayıb.Çıxışda Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla Əliyevanın bu istiqamətdə apardığı geniş iş və onun əhəmiyyəti barədə söz açılıb, göstərilən səylər nəticəsində Xocalı soyqırımının bir çox ölkələr tərəfindən tanındığı bildirilib.Çıxışın sonunda E.Poluxov münaqişənin həlli ilə bağlı beynəlxalq ictimaiyyəti və qonaqları Ermənistanın təcavüzünə qarşı qəti və güclü mövqedə dayanmağa və Xocalı soyqırımını tanımağa çağırıb.Tədbirdə dövlət nümayəndələri, CAR-lı iş adamları, diplomatik korpus təmsilçiləri, ordakı azərbaycanlılar, KİV nümayəndələri iştirak ediblər. (gun.az)pia.az