“O daha araq içməyəcək...” – Oğlu həbs olunan başçı müavini

“Oğlum mənə söz verdi ki, bir də spirtli içki içməyəcək”
Bunu azvision.az-a açıqlamasında Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Səfərov deyib.O, oğlunun həbsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib. Qeyd edib ki, bu əməlinə görə, oğluna ciddi xəbərdarlıq edib: “Oğum Ceyhuna 5 sutka müddətinə həbs cəzası verilmişdi. İndi o cəzasını çəkib azadlığa çıxıb. O azadlığa çıxandan sonra içki içməməsi ilə bağlı ona xəbərdarlıq etim. İçkinin ziyanları barədə ona tövsiyələrimi bildirdim. O daha içki içməyəcək. Hazırda oğlum öz işi ilə məşğul olur”.pia.az