Bu günün hava proqnozu

Martın 30-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək
Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 6°-dək şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağıntılı olacağı gözlənilir.Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir. (Azərtac)pia.az