Salyan sakinindən narkotik vasitə götürüldü

Salyan sakinindən satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitə götürülüb
Salyan polis şöbəsindən APA-ya verilən məlumata görə, Salyan rayon polis şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Ərəbqardaşbəyli kənd sakini, 1967-ci il təvəllüdlü Səfərov Qüdrət Əlihüseyn oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun üzərində axtarış aparılarkən əlində olan sellofan paketin içərisindən 925 qram çəkidə və 8 ədəd kibrit qutusuna qablaşdırılmış ümumi çəkisi 23,48 qaram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana,  daha 1 ədəd kibrit qutusu və 8 ədəd torbacıqda olan 13,275 qram çəkidə narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb. Faktla bağlı  Salyan rayon polis şöbəsində CM-nin 234.4.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.pia.az