Azərbaycan təhsilində yeni layihəyə start verilir

Azərbaycanda yeni tədris ilindən inklüziv ibtidai təhsilin pilot modeli çərçivəsində tədrisə başlanılacaq
PİA.AZ Təhsil Nazirliyinə istinadən xəbər verir ki, yeni dərs ilindən “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinə başlanılır.“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi Təhsil Nazirliyi və BMT-nın Uşaq Fondu (UNİCEF) arasında 2014-cü il tarixində imzalanmış “2014-2015-ci illərə dair İllik Fəaliyyət Planı”na müvafiq olaraq əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunmasını nəzərdə tutur.Pilot layihə Nizami rayonu 220 nömrəli məktəb-lisey və Xətai rayonu 138 nömrəli orta məktəbdə həyata keçiriləcək. Pilot müəssisələrdə loqopedik xidmət yaradılacaq.pia.az